AZƏRBAYCANDA FİSKAL SİYASƏTİN SUVEREN İSTİQRAZLARIN RİSK MÜKAFATINA TƏSİRİ
DOI
https://doi.org/10.30546/UNECSR.2026.03.556Açar sözlər
fiskal siyasət, büdcə balansı, suveren istiqrazlar, risk mükafatı, ARDL modeli.Xülasə
Bu tədqiqatda ölkəmizdə fiskal siyasətin Azərbaycanın ABŞ dollarında emissiya etdiyi suveren istiqrazların risk mükafatına təsiri empirik olaraq araşdırılır. Risk mükafatı bu istiqrazları ehtiva edən indeksin ABŞ dövlət istiqrazları üzərində təklif etdiyi əlavə gəlirlilik dərəcəsi (“OAS” və ya “Option-Adjusted Spread”) vasitəsilə ölçülür və bu göstərici investorların ölkənin xarici valyutada buraxılan istiqrazlarına risk baxışını əks etdirir. Modeldə əsas izahedici dəyişən kimi büdcə balansının ÜDM-ə nisbəti seçilmiş, digər bir neçə amil isə nəzarət dəyişənləri kimi daxil edilmişdir. Metodoloji olaraq analiz “ARDL” modeli çərçivəsində aparılmışdır. Əldə edilən nəticələr göstərir ki, fiskal göstəricinin təsiri statistik baxımdan əhəmiyyətli deyil, əvəzində digər bir neçə amil daha güclü təsirə malikdir. Araşdırmanın nəticələri fiskal, makroiqtisadi və qlobal amilləri əlaqələndirməklə makro-maliyyə sabitliyinin qorunması sahəsində praktik əhəmiyyət kəsb edir. Həmçinin, araşdırma həm Azərbaycan, həm də inkişaf etməkdə olan ölkələr üzrə ədəbiyyata töhfə verir. Eyni zamanda bu iş risk mükafatının yalnız daxili deyil, xarici amillərlə də formalaşdığını göstərməklə daha geniş analitik çərçivə təqdim edir.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Fuad Iskandarov (Author)

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.
