AZƏRBAYCANDA TURİZM MƏHSULLARININ RƏQABƏTQABİLİYYƏTİNİN ARTIRILMASINDA RƏQƏMSALTRANSFORMASİYA VƏ İNNOVATİV STRATEGİYALAR
DOI
https://doi.org/10.30546/UNECSR.2026.03.578Açar sözlər
rəqəmsal transformasiya, turizm məhsulu, rəqabət qabiliyyəti, Smart Tourism, innovativ strategiyalar.Xülasə
Məqalədə rəqəmsal transformasiya şəraitində Azərbaycanda turizm məhsullarının rəqabət qabiliyyətinin artırılması istiqamətləri və innovativ idarəetmə strategiyalarının tətbiqi imkanları tədqiq edilmişdir. Tədqiqatın əsas məqsədi turizm sektorunda rəqəmsal texnologiyaların tətbiq səviyyəsini, “Smart Tourism” konsepsiyasının inkişaf perspektivlərini və bu amillərin milli turizm məhsullarının beynəlxalq bazarda mövqeyinə təsirini müəyyənləşdirməkdən ibarətdir. Tədqiqat çərçivəsində müqayisəli və statistik təhlil metodlarından istifadə olunmuşdur. Araşdırma zamanı
Dövlət Statistika Komitəsi, Dövlət Turizm Agentliyi, WEF və OECD məlumatlarına əsasən sektorun mövcud vəziyyəti təhlil edilmişdir. Təhlil nəticəsində regionlararası inkişaf disbalansı, “sonuncu mil” problemi, rəqəmsal ekosistemin zəif inkişafı və xidmət-keyfiyyət uyğunsuzluğu turizm sektorunun əsas problemləri kimi müəyyən edilmişdir. Məqalədə Big Data, süni intellekt və VR/AR texnologiyalarının turizm xidmətlərinə təsiri araşdırılmışdır. Təhlillər göstərir ki, bu texnologiyalar xidmətlərin
daha fərdiləşdirilmiş formada təqdim olunmasına və turizm müəssisələrinin rəqabət imkanlarının genişlənməsinə şərait yaradır. Tədqiqatın nəticələri turizm siyasətinin təkmilləşdirilməsi, rəqəmsal turizm infrastrukturunun inkişafı və milli turizm məhsullarının beynəlxalq bazarda mövqeyinin gücləndirilməsi baxımından praktiki əhəmiyyət daşıyır.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Orkhan Rustamov (Author)

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.
