YÜNGÜL SƏNAYE MÜƏSSİSƏLƏRİNİN RƏQABƏT QABİLİYYƏTİNİN ARTIRILMASINDA DİZAYN VƏ BRENDİNQƏ YÖNƏLMİŞ İNVESTİSİYALARIN ROLU

Müəlliflər

DOI

https://doi.org/10.30546/UNECSR.2025.04.3027

Açar sözlər

dizayn, brendinq, investisiya, yüngül sənaye, rəqabət qabiliyyəti.

Xülasə

Bu məqalədə yüngül sənaye müəssisələrinin rəqabət qabiliyyətinin yüksəldilməsində dizayn və brendinqə yönəlmiş investisiyaların rolu araşdırılır. Müasir qlobal bazarlarda yalnız istehsal gücü deyil, həm də məhsulların estetik dəyəri, fərqləndirici xüsusiyyətləri və brend kapitalı əsas rəqabət üstünlüyü kimi çıxış edir. Məqalədə ilk olaraq dizayn və brendinqin iqtisadi məzmunu, onların müəssisələrin bazar mövqeyinə təsir mexanizmləri izah olunur. Daha sonra Azərbaycanda yüngül sənaye sektorunun mövcud vəziyyəti, dizayn mərkəzlərinin fəaliyyəti, brend yaradılması prosesində qarşıya çıxan institusional və maliyyə məhdudiyyətləri təhlil olunur. Əldə edilən nəticələr göstərir ki, dizayn və brendinqə yönəlmiş məqsədli investisiyalar istehsalın sadəcə həcmini artırmaqla kifayətlənmir, həm də ixrac potensialının genişlənməsinə, “Made in Azerbaijan” konsepsiyasının möhkəmlənməsinə, iş yerlərinin yaradılmasına və beynəlxalq bazarlarda dayanıqlı mövqenin əldə edilməsinə imkan yaradır. Məqalə nəticə olaraq, dövlətin dəstəkləyici siyasətlərinin gücləndirilməsini, KOS-lar üçün dizayn və brendinq laboratoriyalarının qurulması, texnoparklarda innovativ dəstək mexanizmlərinin genişləndirilməsini təklif edir.

Yayımlanıb

2026-01-29

Oxşar məqalələr

1-10 : 12

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.