Jurnal haqqında
UNEC Tələbə Tədqiqat Jurnalı
UNEC Tələbə Elmi Cəmiyyəti tərəfindən yaradılan UNEC Tələbə Tədqiqat Jurnalı UNEC-də nəşr olunan ilk tələbə akademik jurnalidir. Jurnal tələbələr tərəfindən hazırlanır və redaksiya heyətinin əsas hissəsini də tələbələr təşkil edir. Jurnal 2023-cü ilin dekabr ayında təsis edilmişdir.
Jurnalın yaradılmasının əsas məqsədi ölkədə və xaricdə təhsil alan yüksək intellektli gənclər tərəfindən yazılmış elmi məqalələrin dərcinə və yayılmasına şərait yaratmaqla elm və təhsilin inkişafına dəstək olmaqdır. Bu jurnal onların elmi tədqiqat fəaliyyətinə cəlb edilməsini, tələbələr arasında elmi biliklərin sərbəst mübadiləsini və elmi yaradıcılığın inkişafını təşviq edir.
Jurnal ildə iki dəfə nəşr olunur və Azərbaycanla yanaşı xarici universitetlərdə təhsil alan bakalavr və magistr tələbələri üçün nəzərdə tutulur. Məqalələr dörd dildə qəbul edilir: Azərbaycan, türk, ingilis və rus dillərində.
Jurnalda məqalə dərc etdirmək istəyən müəlliflər öz işlərini ssjournal@unec.edu.az elektron poçt ünvanına və ya rəsmi vebsayt vasitəsilə göndərə bilərlər. Bütün təqdim olunan məqalələr akademik etikaya uyğun olmalı, müəlliflik hüquqlarının pozulmasına və plagiata yol verilməməlidir.