TİBBİ TEKSTİL MƏHSULLARI ÜÇÜN TƏBİİ MATERİALLARDAN İBARƏT FUNKSİONAL İPLİK İSTEHSALININ TƏDQİQİ

Müəlliflər

  • İbrahimli Gülanə Məmmədalı Müəllif

DOI

https://doi.org/10.30546/301678.02.02.2025.007

Açar sözlər

Hipoallergenlik, Bio-parçalanma, Təbii liflər,

Xülasə

Bu məqalədə tibbi tekstil sənayesində geniş tətbiq olunan təbii mənşəli funksional ipliklərin istehsal texnologiyası, onların fiziki-kimyəvi xüsusiyyətləri və tibbi istifadə üçün uyğunluğu ətraflı şəkildə təhlil edilir. Araşdırmada pambıq, bambuk, kətan, ipək və xitozan əsaslı liflərdən hazırlanan ipliklərin üstünlükləri və məhdudiyyətləri müqayisəli şəkildə göstərilir. Pambıq lifinin yüksək hidroskopikliyi və hipoallergenliyi, bambuk lifinin antibakterial və nəfəsalan strukturu, kətan lifinin güclü antiseptik təsiri, ipək lifinin biouyğunluğu və dəri ilə yüksək komfort səviyyəsi, xitozan liflərinin isə təbii antimikrob xüsusiyyətləri xüsusi olaraq vurğulanır. Məqalədə həmçinin bu liflərin iplik formasına gətirilməsi üçün istifadə olunan texnologiyalar mexaniki, kimyəvi və biotexnoloji emal prosesləri izah edilir. Tədqiqat nəticələri göstərir ki, təbii mənşəli funksional ipliklərin tətbiqi tibbi tekstil məhsullarının təhlükəsizliyini, rahatlığını və müalicəvi təsirini artırır. Bu cür ipliklərdən hazırlanan sarğı materialları, cərrahi geyimlər, qoruyucu örtüklər və reabilitasiya məhsulları xəstələr üçün daha biouyğun və ekoloji cəhətdən daha dayaqlı hesab olunur. Nəticə olaraq, təbii liflər əsasında hazırlanan funksional ipliklərin inkişafı tibbi tekstil innovativ və davamlı həllər təqdim edir.       

Endirmələr

Endirmə datası hələ yoxdur.

Endirin

Yayımlanıb

2026-01-05