ƏTRİYYAT VƏ KOSMETİK VASİTƏLƏRİN SATIŞINDA RƏQƏMSAL MARKETİNQİN ROLU: KEYFİYYƏT VƏ İSTEHLAKÇI MƏMNUNİYYƏTİ BAXIMINDAN TƏHLİL
DOI
https://doi.org/10.30546/301678.02.02.2025.043Açar sözlər
rəqəmsal marketinq, istehlakçı davranışı, onlayn rəylərXülasə
Aparılan tədqiqat rəqəmsal marketinqin ətir və kosmetika sektorunda istehlakçı davranışına, məhsulun qəbul edilən keyfiyyətinə və məmnuniyyətə necə təsir etdiyini sistemli şəkildə araşdırır. Rəqəmsal istehlak mühitində qərarvermə prosesi artıq mağazada deyil, sosial mediada formalaşdığı üçün vizual məzmun, influencer tövsiyələri, onlayn rəylər və brendin rəqəmsal nüfuzu istehlakçı üçün əsas məlumat mənbəyinə çevrilmişdir. Tədqiqat göstərir ki, sosial mediada yaradılan vizual emosiyalar ilk təəssüratı formalaşdırsa da, satınalma qərarında ən güclü təsir real istifadəçi rəylərinə məxsusdur. SPSS nəticələri müsbət rəylərin satınalma niyyətini statistik olaraq mənalı səviyyədə artırdığını (β = 0.24; p = 0.003), influencer etibarlılığının isə bəzən mənfi təsir göstərə bildiyini ortaya qoymuşdur. Brend imici emosional təsir yaratsa da satınalma niyyətinə zəif təsir göstərir.Tədqiqatın əsas elmi yeniliyi kimi Rəqəmsal Keyfiyyət Qavrayışı Modeli (RKQM) təqdim edilir. Model vizual təsir, influencer etibarlılığı, rəy ekosistemi, rəqəmsal şəffaflıq və brend nüfuzu kimi ayrı-ayrı təsir faktorlarını vahid sistemdə birləşdirərək onların istehlakçı qavrayışına necə təsir etdiyini izah edir. Eyni zamanda tədqiqat kosmetika sektorunda məmnuniyyətin funksional, informativ və emosional komponentlərdən ibarət olduğunu sübut edir. Nəticə olaraq araşdırma təsdiq edir ki, rəqəmsal marketinq yalnız reklam vasitəsi deyil, istehlakçı davranışını hər mərhələdə yönləndirən çoxölçülü təsir mexanizmidir. Brendlər üçün ən effektiv strategiyalar real rəy idarəetməsi, şəffaf kommunikasiya, etibarlı influencer əməkdaşlığı və autentik vizual məzmunun yaradılması ilə bağlıdır.
