ABŞERONDA BECƏRİLƏN BƏZİ ÜZÜM SORTLARININ MÜXTƏLİF ÜSULLARLA QURUDULMASININ QURU ÜZÜMÜN KEYFİYYƏTİNƏ TƏSİRİ

Müəlliflər

  • Yusifli Ləman Teymur Müəllif

DOI

https://doi.org/10.30546/301678.02.02.2025.021

Açar sözlər

Abşeron yarımadası,Sultani,Qara Şanı

Xülasə

Abşeron yarımadası əlverişli iqlim və torpaq şəraitinə malik olduğu üçün burada qurutmalıq üzüm sortlarının yetişdirilməsi yüksək keyfiyyətli məhsul əldə etməyə imkan verir. Tədqiqatda bölgədə geniş yayılan Sultani, Ağ Şanı və Qara Şanı üzüm sortları seçilmiş və müxtəlif qurudulma üsullarının bu sortların keyfiyyətinə təsiri araşdırılmışdır. Quru üzümün keyfiyyətinin formalaşmasında sort xüsusiyyətləri, giləmeyvə quruluşu, qabıq qalınlığı, yığım vaxtı, qurutma mühiti və qələvi batırma texnologiyası əsas amillər kimi müəyyən edilmişdir.

Qurudulma torpaq, beton və askı üsulları ilə aparılmış və nəticələr göstərmişdir ki, ən sürətli quruma beton və torpaq səthlərində baş verir, askıda qurudulma isə daha ləng olsa da, rəngin qorunmasına və daha təmiz məhsul alınmasına şərait yaradır. Qələvi (kül) məhluluna batırma prosesi qurutma müddətini əhəmiyyətli dərəcədə azaldır; lakin 25%–37,5% kül nisbətləri arasında fərq olmadığı müəyyən edilmişdir. Sultani ən qısa, Ağ və Qara Şanı isə daha uzun müddətdə qurumuşdur ki, bu da qabıq qalınlığı və salxım quruluşu ilə əlaqələndirilir.Nəticə olaraq müəyyən olunmuşdur ki, hər sort üçün optimal qurudulma texnologiyasının seçilməsi quru üzümün keyfiyyətini əhəmiyyətli dərəcədə artırır və Abşeron şəraitində yüksək keyfiyyətli məhsul istehsalına şərait yaradır.

Endirmələr

Endirmə datası hələ yoxdur.

Endirin

Yayımlanıb

2026-01-05