POST-MÜNAQİŞƏ ƏRAZİLƏRİNDƏ VERGİ GÜZƏŞTLƏRİNİN İNVESTİSİYA CƏLBEDİCİLİYİNƏ TƏSİRİ: QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR NÜMUNƏSİNDƏ
DOI
https://doi.org/10.30546/301678.01.010.2026.561Açar sözlər
Qarabağ, Şərqi Zəngəzur, vergi, güzəşt, investisiya, reinteqrasiyaXülasə
Tədqiqatın əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında tətbiq olunan vergi güzəştlərinin investisiya cəlbediciliyinə təsirini qiymətləndirməkdir. Tədqiqatda kəmiyyət analizi və SWOT təhlili metodlarından istifadə olunmaqla, mövcud vergi qanunvericiliyi və 2020-2025-ci illəri əhatə edən statistik göstəricilər təhlil edilmişdir. Tədqiqatın başlıca nəticələri göstərir ki, 10 illik vergi azadolmaları investorların xərclərini azaldaraq layihələrin gəlirliliyini artırır. Bu güzəştlər sahibkarlar üçün proqnozlaşdırıla bilən bir mühit yaradaraq regionun sürətli inkişafında əsas rol oynayır.
Tədqiqatın əsas məhdudiyyəti regionun hələ bərpa mərhələsində olması səbəbindən uzunmüddətli statistik zaman sıralarının məhdudluğu və bəzi iqtisadi göstəricilərin formalaşma prosesinin davam etməsidir. İşin elmi yeniliyi bu güzəştlərin Qarabağ və Şərqi Zəngəzur regionun iqtisadi dirçəlişinə kompleks təsirinin araşdırılmasıdır. Tədqiqatın praktiki əhəmiyyəti isə əldə olunan nəticələrin gələcəkdə investisiya siyasətinin təkmilləşdirilməsində istifadə oluna bilməsidir.
