Bahar Rüstəmova

AZƏRBAYCANDA TURİZMİN İNKİŞAFINDA İCMANIN ROLU:ŞƏKİ VƏ ZAQATALA RAYONLARI KONTEKSTİNDƏ

Müəlliflər

DOI

https://doi.org/10.30546/f75scc41

Açar sözlər

Turizm,icmanın uğuru,turizmi inkişafı

Xülasə

Bugün artıq elə bir dövrdür ki, bütün dünyada XXI əsrin fenomeni sayılan turizm insanların
əsas tələbatlarından birinə çevrilmişdir. İnsanlar dəyişən, yenilənən həyata uyğunlaşmaq üçün
mütəmadi olaraq mövcud öyrəşdikləri yerlərdən uzaqlaşmağa ehtiyac duyurlar. Bu bütün dünyada
insanların müxtəlif məqsədlərlə bir yerdən başqa yerə getməsinə şərait yaradır. Belə olan halda
həmin insanları – yəni real turistləri qarşılamaq, yerləşdirmək, asudə vaxtlarını səmərəli keçirmək
üçün destinasiyalarda müəyyən xidmətlər hazırlanması zərurəti ortaya çıxır. Turistlərin tələbatının
ödənilməsinə istiqamətlənən bu xidmətlərin mənbəyi müxtəlif ola bilir – iri, orta, kiçik sahibkarlar, yerli əhali, yerli idarəetmə orqanları və s. Qeyd olunan tərəflərin hər biri turizmin inkişafında
maraqlı tərəflərdir. Məqalədə həmin maraqlı tərəflərdən yerli əhali – yəni icmaların turizmə necə
yanaşmalarından və turizmdə rollarının necə olmasından ibarət tədqiqat işi aparılmışdır. Tədqiqat işi
Şəki və Zaqatala rayonlarında yaşayan və turistlərə müxtəlif xidmətləri göstərən 21 yerli icma
nümayəndəsi ilə sorğu metodu ilə aparılmışdır. Nəticələr təhlil edilmiş, hər iki rayonda yerli
əhalinin turizmə yanaşması və turizmdən gözləntiləri qiymətləndirilmiş, icmanın turizmin
inkişafında rolu və gələcək perspektivləri müəyyənləşdirilmişdir.

Endirmələr

Endirmə datası hələ yoxdur.

Endirin

Yayımlanıb

2026-01-16