KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN MƏŞĞULLUĞUN ARTIRILMASINDA VƏ REGİONAL İNKİŞAFDA ROLU

Müəlliflər

  • Turkan Babazadə Müəllif

DOI

https://doi.org/10.30546/301678.01.010.2026.554

Açar sözlər

kiçik və orta sahibkarlıq, məşğulluq, regional inkişaf, qeyri-neft sektoru, MKO subyektləri, dövlət dəstəyi, maliyyəyə çıxış

Xülasə

Tədqiqatın əsas məqsədi rəsmi statistik məlumatlar əsasında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin strukturunu, iqtisadi fəaliyyət sahələri üzrə bölgüsünü, regional inkişafla əlaqəsini və maliyyə dəstəyi mexanizmlərinin bu prosesə təsirini qiymətləndirməkdir. Məqalədə statistik təhlil, müqayisəli təhlil, sistemli yanaşma və empirik ümumiləşdirmə metodlarından istifadə edilmişdir. Tədqiqat göstərir ki, 2024-cü ildə MKO sahibkarlıq subyekti olan müəssisələrin sayı 2023-cü ildəkinə nisbətən 5.7 % artaraq 1505893 vahidə çatmışdır. Bu müəssisələrdə muzdla işləyənlərin sayı isə 2024-cü ildə 2023-cü illə müqayisədə 6.9 % artaraq 417838 nəfər təşkil etmişdir.Onlardan 83.4 faizi qeyri-dövlət, 16.6 faizi isə dövlət sektoruna aid olan MKO müəssisələrində çalışmışdır. Eyni zamanda, fəaliyyətdə olan sahibkarlıq subyektlərinin yarıdan çoxunun Bakıdan kənar regionlarda yerləşməsi MKOS sektorunun regional iqtisadi fəallıq baxımından mühüm rol oynadığını göstərir. Bununla belə, MKOS sektorunun məşğulluğa müsbət təsirinin gücləndirilməsi üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, regionlarda xidmət və istehsal infrastrukturunun inkişafı, rəqəmsallaşma, peşə bacarıqlarının artırılması və yerli dəyər zəncirlərinin möhkəmləndirilməsinə ehtiyac vardır.

Endirin

Yayımlanıb

06/25/2026

Oxşar məqalələr

1-10 : 32

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.