MÜASİR CƏMİYYƏTLƏRDƏ SOSİAL ÇÜRÜMƏ PROBLEMİNİN TƏHSİL SİSTEMİ VƏ İNSAN KAPİTALI KONTEKSTİNDƏ TƏHLİLİ

Müəlliflər

  • Murad Cəbiyev Müəllif

DOI

https://doi.org/10.30546/301678.01.010.2026.579

Açar sözlər

sosial çürümə, təhsil sistemi, insan kapitalı, gənclərin təhsilə münasibəti, sosial inkişaf

Xülasə

Bu məqalədə müasir dövrdə cəmiyyətlərdə müşahidə olunan sosial çürümə problemi təhsil sistemi və insan kapitalı kontekstində təhlil edilmişdir. Sosial çürümənin formalaşmasına təsir edən əsas amillərdən biri kimi gənclərin təhsilə münasibəti və təhsil sistemində mövcud olan struktur problemlər araşdırılmışdır. Xüsusilə gənclər arasında təhsilə qarşı motivasiya zəifliyi, sosial məsuliyyət hissinin azalması və rəqəmsal mühitin təsiri sosial çürümə riskini artıran amillər kimi qiymətləndirilmişdir. Bununla yanaşı, təhsil sistemində praktik bilik çatışmazlığı, keyfiyyət problemləri və tələbələrin potensialını inkişaf etdirməkdə yaranan boşluqlar da problemin dərinləşməsinə səbəb olan mühüm faktorlar kimi göstərilmişdir.

Araşdırmada insan kapitalı anlayışı əsasında təhsil sistemindəki zəifliklərin uzunmüddətli perspektivdə sosial rifaha və iqtisadi inkişafa mənfi təsir göstərdiyi vurğulanmışdır. Eyni zamanda klassik sosioloji yanaşmalar, beynəlxalq hesabatlar və statistik məlumatlar əsasında belə nəticəyə gəlinmişdir ki, sosial çürümə yalnız fərdi seçimlərin nəticəsi deyil, həm də sistem xarakterli problemlərlə əlaqəli mürəkkəb sosial prosesdir. Məqalədə təhsil sahəsində sistemli islahatların aparılmasının sosial inkişaf və gələcək nəsillərin potensialının qorunması baxımından mühüm əhəmiyyət daşıdığı qeyd edilmişdir.

Endirin

Yayımlanıb

06/25/2026