RƏQƏMSAL TEXNOLOGİYALARIN GEYİM DİZAYNINDA VƏ İSTEHSALINDA TƏTBİQİ

Rəqəmsal texnologiyaların geyim dizaynı və istehsal proseslərinin transformasiyasına təsiri

Müəlliflər

  • Şakir Əliyev Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Gülnarə Əliyeva Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Rəhim Mehdizadə Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Radə Əsgərova Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Rima Nəsrullayeva Azərbaycan Texnologiya Universiteti Müəllif

DOI

https://doi.org/10.30546/200309.2026.002.529

Açar sözlər

rəqəmsal texnologiyalar, geyim dizaynı, 3D modelləşdirmə, CAD sistemləri, virtual fitting, süni intellect, rəqəmsal çap.

Xülasə

Bu məqalədə rəqəmsal texnologiyaların geyim dizaynı və istehsalında tətbiqi ətraflı şəkildə təhlil edilmişdir. Rəqəmsal alətlər, xüsusilə 3D modelləşdirmə, CAD proqramları, rəqəmsal çap və virtual fitting sistemləri dizaynerlərə kreativ ideyalarını gerçək məhsula çevirməyə imkan verir, prototiplərin sayını azaldır və istehsal xərclərini optimallaşdırır. Süni intellekt və rəqəmsal idarəetmə sistemləri isə istehsal prosesini səmərəli planlaşdırmaq, bazar tələblərinə uyğun qərarlar qəbul etmək və keyfiyyəti yüksəltmək üçün istifadə olunur. Rəqəmsal texnologiyalar həm də dayanıqlı istehsal prinsipinə dəstək verərək material itkisini azaldır və ekoloji təsiri minimuma endirir. Gələcəkdə bu texnologiyaların rolu daha da artacaq, avtomatlaşdırma, fərdiləşdirilmiş məhsullar və virtual reallıq moda sənayesində əsas tendensiyalar kimi formalaşacaq. Ümumilikdə, rəqəmsal texnologiyalar geyim sənayesinin sürətini, çevikliyini və dayanıqlığını artıraraq dizayn və istehsal prosesini inqilabi şəkildə transformasiya edir.

Endirin

Yayımlanıb

10.06.2026

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri

1 2 > >> 

Oxşar məqalələr

1-10 : 26

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.