QRAFIK DIZAYNIN GƏLƏCƏYI: SÜNI İNTELLEKT VƏ AVTOMATLAŞDIRMANIN ROLU

Authors

  • Pərvin Namazova Eldarlı Azərbaycan Dövlət İqtisad Universiteti(UNEC) Author

DOI:

https://doi.org/10.30546/200309.2025.001.305

Keywords:

qrafik dizayn, süni intellekt, avtomatlaşdırma, yaradıcı prosess, dizayn texnologiyaları.

Abstract

Bu məqalə, qrafik dizaynın gələcəyində süni intellekt və avtomatlaşdırmanın rolunu araşdırır. Qrafik dizayn, tarixən texnologiyanın inkişafı ilə böyük dəyişikliklərə uğrayıb. Bu gün isə süni intellekt və avtomatlaşdırma alətləri dizaynerlərin işini sürətləndirərək, onlara daha yüksək keyfiyyətli və innovativ işlər yaratmaq imkanı təqdim edir. Süni intellekt, dizaynerlərə avtomatik dizayn təklifləri, şəkil redaktəsi və rəng paletləri təyin etməyə kömək edir. Avtomatlaşdırma isə təkrarlanan tapşırıqları asanlaşdırır, vaxtın qənaətini təmin edir. Bununla belə, insan yaradıcılığı hələ də dizaynın əsasını təşkil edir və bu texnologiyalar yalnız dizaynerlərin işini asanlaşdırmaq məqsədi güdür. Gələcəkdə, süni intellekt və avtomatlaşdırma texnologiyalarının daha da inkişafı ilə qrafik dizayn sahəsi daha fərdiləşmiş və interaktiv olacaq, lakin insan təxəyyülünün rolu davam edəcək.

Published

2025-07-01 — Updated on 2025-12-18

How to Cite

QRAFIK DIZAYNIN GƏLƏCƏYI: SÜNI İNTELLEKT VƏ AVTOMATLAŞDIRMANIN ROLU. (2025). UNEC Journal of Current Problems in Design, 1(1), 65-70. https://doi.org/10.30546/200309.2025.001.305