İDARƏETMƏDƏ ZAMANIN EFFEKTİV İDARƏ OLUNMASI ÜSULLARINA SİSTEMLİ YANAŞMA

Müəlliflər

DOI

https://doi.org/10.30546/UNECSR.2026.03.512

Açar sözlər

zaman menecmenti, əmək məhsuldarlığı, sistemli yanaşma, rəqəmsal idarəetmə, təşkilati effektivlik.

Xülasə

Məqalədə idarəetmədə zamanın effektiv idarə olunması üsullarına sistemli yanaşma konsepsiyası nəzəri və praktik aspektlərdə təhlil edilmişdir. Müasir təşkilatlarda rəqabət mühitinin sürətlə dəyişməsi, rəqəmsallaşma proseslərinin genişlənməsi və informasiya axınının artması zaman resurslarının səmərəli idarə edilməsini strateji idarəetmənin əsas istiqamətlərindən birinə çevirmişdir. Tədqiqatda zaman menecmentinin iqtisadi və təşkilati mahiyyəti araşdırılmış, planlaşdırma, prioritet-ləşdirmə, delegasiya, nəzarət və rəqəmsal idarəetmə alətlərinin idarəetmə prosesində rolu sistemli şəkildə qiymətləndirilmişdir. Məqalədə klassik və müasir zaman idarəetməsi modelləri, o cümlədən Eisenhower matrisi, Pareto prinsipi, SMART məqsədlər sistemi və PDCA dövrü müqayisəli şəkildə təhlil olunmuşdur. Eyni zamanda, təşkilatlarda vaxt itkilərinə səbəb olan əsas amillər, kommunikasiya problemləri, qeyri-effektiv planlaşdırma, qərar qəbuletmədə gecikmələr və əmək bölgüsünün düzgün təşkil edilməməsi müəyyən edilmişdir. Tədqiqat zamanı müqayisəli təhlil, sistemli yanaşma, müşahidə və analitik qiymətləndirmə metod-larından istifadə edilmişdir. Nəticələr göstərir ki, zamanın effektiv idarə olunması əmək məhsuldarlığının yüksəlməsinə, qərar qəbuletmə prosesinin sürətlənməsinə, resurslardan optimal istifadəyə və təşkilatın rəqabət qabiliyyətinin güclənməsinə mühüm təsir göstərir. Məqalədə həmçinin rəqəmsal texnologiyalar və süni intellekt əsaslı idarəetmə sistemlərinin zaman menecmentinin optimal-laşdırılmasında perspektiv imkanları əsaslandırılmışdır.Aparılmış təhlillər əsasında təşkilatlarda zaman idarəetməsinin təkmilləşdirilməsi istiqamətində strateji və tətbiqi xarakterli təkliflər irəli sürülmüşdür. Məqalənin nəticələri idarəetmə sahəsində elmi tədqiqatların genişləndirilməsi və müəssisələrdə effektiv idarəetmə mexanizmlərinin tətbiqi baxımından praktiki əhəmiyyət kəsb edir.

Endirin

Yayımlanıb

2026-10-20

Oxşar məqalələr

1-10 : 43

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.