AZƏRBAYCAN TURİZM ŞİRKƏTLƏRİNİN İNKİŞAFINDA İQTİSADİ MANEƏLƏR VƏ İNNOVATİV HƏLL YOLLARININ ANALİTİK QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

  • Məmmədov Həmid Ağamoğlan Müəllif

DOI

https://doi.org/10.30546/301678.02.02.2025.016

Açar sözlər

Turizm Sektoru, Rəqabətqabiliyyətlilik, Sektor Problemləri

Xülasə

Mövzu Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsində və milli iqtisadiyyatın dayanıqlı inkişafında turizm sənayesinin rolunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Turizm şirkətləri ölkənin iqtisadi potensialının reallaşdırılması, regionlarda məşğulluğun artırılması və beynəlxalq imicinin formalaşdırılmasında mühüm funksiyaya malik olsa da, bu sahədə institusional, maliyyə və infrastruktur məhdudiyyətlər inkişaf tempini zəiflədir. Araşdırmanın məqsədi turizm şirkətlərinin fəaliyyətinə mane olan əsas problemləri müəyyənləşdirmək, onların təsir mexanizmlərini qiymətləndirmək və inkişafın sürətləndirilməsi üçün elmi əsaslı istiqamətləri müəyyənləşdirməkdir. Tədqiqatda analitik, statistik müqayisə, SWOT və GAP təhlili metodlarından istifadə edilmiş, mövcud vəziyyətlə hədəf səviyyələr arasında fərqlər müəyyənləşdirilmişdir. Bu vasitələrlə regionların güclü və zəif tərəfləri, inkişaf imkanları və təhdidləri müəyyən edilmiş, mövcud vəziyyətlə arzu olunan vəziyyət arasındakı fərqlər sistemli şəkildə qiymətləndirilmişdir. Bundan əlavə Dövlət orqanlarının rəsmi məlumatları, beynəlxalq təşkilatların hesabatları və iqtisadi təhlil metodlarından istifadə olunmuş, mövcud vəziyyətlə yanaşı, inkişaf perspektivləri də araşdırılmışdır. Analiz nəticəsində məlum olmuşdur ki, turizm şirkətlərinin inkişafını ləngidən başlıca amillər maliyyə resurslarına çıxışın məhdudluğu, regionlarda infrastrukturun qeyri-bərabər inkişafı, kadr potensialının zəifliyi və rəqəmsallaşma prosesinin yavaş aparılmasıdır. Təklif olunan siyasət və institusional tədbirlərin həyata keçirilməsi turizm sektorunun dayanıqlığını artıracaq, regionlarda sosial-iqtisadi fəallığı gücləndirəcək və Azərbaycanın beynəlxalq turizm bazarında rəqabət mövqeyini möhkəmləndirəcəkdir.

Endirmələr

Endirmə datası hələ yoxdur.

Endirin

Yayımlanıb

2026-01-05