Şəbnəm Cəfərzadə
İŞƏ QƏBUL PROSESİNDƏ YOL VERİLƏN SƏHVLƏR VƏ MÜƏSSİSƏ ÜÇÜN DƏYƏRLİ OLAN KADRIN İTİRİLMƏSİ RİSKİ
DOI
https://doi.org/10.30546/qm58d221Açar sözlər
İnsan resursları, insan resursları riski, işçi axınıXülasə
Son dövrlərdə yaranan və sürətlə inkişaf edən texnologiyalar, rəqabətin artması, stresli iş
mühiti, alışılmış iş şəraitinin köhnəlməsi şəraitində rəqabət etmək istəyən bütün təşkilatlar bu
dəyişikliklərə uyğunlaşmağa məcburdurlar. Müasir dövrdə baş verən dəyişikliklər insan resusrlarının idarə olunmasında işə qəbulun
uğursuzluğu, müəssisə üçün dəyərli olan,əvəz olunmayan kadrın itirilməsi, təşkilat daxili
konfliktlər, kütləvi kadr axını, işçilərin şəxsi məlumatlarının konfedensiallığının pozulması kimi
risklərin yaranmasına səbəb olmuşdur. Təşkilatlarda işçi dövriyyəsi dərəcələri, həm insan resursları həm də təşkilati davranış
qaydaları ilə əlaqəli olan bir məsələdir. Yüksək işçi dövriyyəsi təşkilatlar üçün yüksək dərəcədə
maliyyətli olduğundan işçi dövriyyəsinin müntəzəm olaraq ölçülməsi ve izlənməsi kritik önəm
daşıyır.Kadrların müəssinəni tərk etməsinin əsas səbəbləri kimi karyera inkişafı imkanlarının
olmaması; işçilərin cəlb edilməsinin olmaması; zəif şirkət mədəniyyəti; həmkarlar və ya rəhbərliklə
fikir ayrılıqları; aydın biznes məqsədləri və ya istiqamətlərinin olmaması və s. sadalanan amillər aid
edilir. Mövzunun araşdırılmasında induksiya, müşahidə, müqayisə, anket, SPSS analiz
metodlarndan istifadə edilərək elmi məqalə ortaya çıxmışdır. Məqalənin yazılmasında məqsəd
dəyişiklik dövründə fəliyyət göstərən işə götürən və işçilərin qarşılaşdığı neqativ halları
aşkarlamaq,kadr riskləri kimi işə qəbul zamanı yol verilən səhvlər və kütləvi işdən çıxış hallarının
təhlili, yaranma səbəbləri və həll yolları təklif etməkdən ibarətdir.
