Nurcan Abdullayeva
HEYƏTİN İDARƏ EDİLMƏSİNDƏ İNNOVATİV ÜSULLARIN TƏTBİQİNİN MÜASİR VƏZİYYƏTİ
DOI
https://doi.org/10.30546/tv1rek62Açar sözlər
İnnovasiya, innovativ heyətin idarə edilməsi, insan resursları təcrübələriXülasə
Güclü rəqabətin olduğu və texnologiyanın sürətlə inkişaf etdiyi qlobal dünya bazarında
müəssisələrin bir çoxu heyətin düzgün idarə edilməməsi səbəbindən müflisləşərək iflasa uğrayırlar. Bu səbəbdən, müəssisələr innovasiyaların tətbiqi vasitəsilə rəqabətqabiliyyətliliklərini artırmağa
çalışırlar. Məqalənin məqsədi təşkilatın şəxsi heyətinin formalaşmasını təmin edən müasir innovativ
texnologiyaların elmi-nəzəri təhlili, heyətin idarə edilməsində innovasiyanın effektivliyinin
müəyyən edilməsi, innovativ metodlardan səmərəli istifadə etmək və təkmilləşdirməklə firmaların
inkişafını yüksəltmək, daimi rəqabət üstünlüyünə nail olmaq məsələlərini araşdırmaqdır. Məqalədə
göstərilir ki, innovativ texnologiyalar heyətin perspektiv formalaşmasında mühüm rol oynayır. Həmçinin, məqalədə müəssisə və təşkilatlarda sözügedən innovasiyanın işlənib hazırlanması, həyata keçirilməsi və bu istiqamətdə təkliflərin irəli sürülməsi prosesinin əhəmiyyətinin həm
tədqiqatçılar, həm də ayrı-ayrı menecerlər tərəfindən fərqli formalarda dərk edildiyi məsələsinə də
toxunulmuşdur. Bu istiqamətdə xeyli sayda tədqiqatların aparılmasına baxmayaraq, innovativ
heyətin idarə edilməsinin bir çox nəzəri və metodoloji aspektləri tam şəkildə açıqlanmır. Buna görə
də, HR-nin innovativ potesialının formalaşması və müəssisədə inkişafı mexanizmini nəzərdən
keçirmək vacibdir.
