SÜNİ İNTELLEKT DƏSTƏKLİ BİZNES MƏKANLARININ COĞRAFİ QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

  • Fidan Bağırova Müəllif

DOI

https://doi.org/10.30546/301678.01.010.2026.573

Açar sözlər

biznes lokasiyası, coğrafi informasiya sistemi, GeoJSON, Haversine məsafəsi, lokasiya skoru, qərar dəstəyi, süni intellekt

Xülasə

Bu məqalədə Azərbaycanda biznes lokasiyalarının qiymətləndirilməsi üçün süni intellekt dəstəkli coğrafi qərar dəstəyi prototipi təqdim olunur. Tədqiqat 11 807 obyekt və 69 obyekt tipini əhatə edən GeoJSON datasetinə, Bakı rayonları üzrə demoqrafik göstəricilərə və Streamlit tətbiqində qurulmuş Python əsaslı məkan skorlaşdırma modelinə əsaslanır. Böyük dil modeli yalnız istifadəçinin təbii dildə yazdığı biznes ideyasını strukturlaşdırılmış niyyətə çevirmək üçün istifadə edilir. Yekun lokasiya tövsiyəsi isə Haversine məsafəsi, rəqib sıxlığı, dəstək obyektləri, tələb göstəricisi və demoqrafik üstünlük əsasında deterministik hesablama ilə formalaşdırılır. Nəticələr xəritə vizuallaşdırması və izah edilə bilən skor mexanizmi ilə təqdim olunur. Yanaşma kiçik və orta bizneslər üçün ilkin məkan seçimini daha ölçülə bilən, müqayisəli və yoxlanıla bilən qərar prosesinə çevirir.

Endirin

Yayımlanıb

06/25/2026

Oxşar məqalələr

1-10 : 18

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.