Ləman Osmanova
BÖYÜK VERİLƏNLƏRİN İQTİSADİ PROQNOZLAŞDIRMADA İSTİFADƏSİ
DOI
https://doi.org/10.30546/ag7hv140Açar sözlər
maliyyə bazarları, makroiqtisadi göstəricilər, iqtisadi göstəricilər, proqnozlaşdırma modelləri, verilənlərin emalı, iqtisadi qərarlar, risklərin qiymətləndirilməsiXülasə
Böyük verilənlər iqtisadi proqnozlaşdırmada kritik rol oynayır, çünki onlar məlumatları daha dəqiq və ətraflı şəkildə təhlil etməyə imkan verir. Bu verilənlər müxtəlif mənbələrdən toplanır və analiz edilir, nəticədə iqtisadi göstəricilər və bazar tendensiyaları daha doğru proqnozlaşdırılır. Python proqramlaşdırma dili bu məqsədlə ən çox istifadə edilən vasitələrdən biridir. Python-un güclü kitabxanaları, xüsusilə Pandas, Matplotlib, Seaborn və Scikit-learn, məlumatların toplanmasından və təhlilindən tutmuş, onların vizualizasiyasına və maşın öyrənməsi modellərinin qurulmasına qədər bir çox mühüm funksiyanı yerinə yetirir.
Böyük verilənlərin istifadəsi iqtisadi proqnozlaşdırma prosesini daha səmərəli və dinamik edir. Python-un təqdim etdiyi vasitələr bu prosesin hər bir mərhələsində dəqiqlik və sürət təmin edir, nəticədə iqtisadi risklər daha yaxşı qiymətləndirilir və daha sağlam iqtisadi qərarlar qəbul edilir.
