Ayda Arzumanova
Texnoloji İrəliləyişlər və Əmək Bazarına Təsirlər
DOI
https://doi.org/10.30546/c26r9y78Açar sözlər
Avtomatlaşdırma, Texnologiya, Süni intellekt, Əmək bazarı, Rəqəmsallaşma, Kibertəhlükəsizlik, Texnoloji inkişaf.Xülasə
Müasir dövrdə texnologiyanın sürətli inkişafı əmək bazarında mühüm dəyişikliklərə yol açmışdır. Xüsusilə avtomatlaşdırma və süni intellektin geniş tətbiqi nəticəsində bəzi ənənəvi peşələr öz aktuallığını itirir və bu, müəyyən hallarda işsizlik səviyyəsinin yüksəlməsinə səbəb olur. Bununla yanaşı, texnoloji yeniliklər əmək bazarında yeni istiqamətlərin və peşələrin formalaşmasına da imkan yaradır. Elm və texnika sahəsində baş verən nailiyyətlər insanların gündəlik həyatına, iş fəaliyyətinə və ümumi sosial mühitə mühüm dəyişikliklər gətirir. Texnoloji yeniliklər dedikdə, tamamilə yeni hazırlanmış qurğular, proqramlar, sistemlər və ya artıq mövcud texnologiyaların daha funksional və səmərəli formaları nəzərdə tutulur Məlumatların təhlili, proqram təminatlarının hazırlanması, rəqəmsal platformaların idarə olunması və kibertəhlükəsizlik kimi sahələrdə yeni iş imkanları yaranır və bu sahələrdə peşəkar kadrlara ehtiyac artır. Bu dəyişikliklər əmək bazarında fəaliyyət göstərən insanların bacarıq və bilik səviyyələrinə olan tələbləri də dəyişdirir. Artıq rəqəmsal savadlılıq, analitik düşüncə və texnoloji biliklər əsas şərtlərdən biri hesab olunur. Yeni texnologiyaların süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və avtomatlaşdırılmış sistemlərin tətbiqi nəticəsində ənənəvi iş modelləri dəyişməkdədir. Artıq bir çox vəzifələr rəqəmsal platformalar üzərindən icra olunur, uzaqdan işləmə imkanları genişlənmişdir. Bu isə əmək bazarında həm çevikliyi artırır, həm də coğrafi məhdudiyyətləri aradan qaldırır. Rəqəmsallaşma eyni zamanda mikro sahibkarlığın və fərdi bizneslərin inkişafına da təkan verir. Onlayn satış platformaları, sosial media vasitəsilə marketinq və elektron ödəniş sistemləri bir çox insanlar üçün alternativ gəlir mənbələri yaradır. Məqalədə bu dəyişikliklərin əmək bazarına olan ümumi təsirləri araşdırılmış, yeni yaranan imkanlar və çağırışlar təhlil edilmişdir.
