TRENDLƏRİN ÖTƏSİNDƏ: YENİ MEDİA VƏ MODA DİZAYNINDA YARADICI EKSPERİMENTLƏR

Yeni media texnologiyalarının moda dizaynında yaradıcı ifadə və eksperimental yanaşmalara təsiri

Müəlliflər

  • Şakir Əliyev Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Şəhla Musazadə Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Radə Əsgərova Azərbaycan Texnologiya Universiteti Müəllif

DOI

https://doi.org/10.30546/200309.2026.002.534

Açar sözlər

Moda dizaynı, yeni media, kreativ eksperimentlər, 3D modelləşdirmə, artırılmış reallıq, virtual reallıq, süni intellekt, interaktiv geyim, parametrik dizayn, innovasiya.

Xülasə

Moda dizaynı sahəsi tarixən estetik və funksional aspektlərin birləşməsi ilə inkişaf etmişdir, lakin son illərdə texnologiyanın sürətli inkişafı dizayn prosesinə yeni imkanlar gətirmişdir. “Trendlərin Ötesində: Yeni Media və Moda Dizaynında Yaradıcı Eksperimentlər” mövzusunda aparılan tədqiqat, moda və yeni media texnologiyalarının kəsişməsində yaranan innovativ yanaşmaları araşdırır. Bu məqalədə öncə müasir moda dizaynında trendlərin və standart metodların roluna nəzər salınır, daha sonra yeni media vasitələrinin – 3D modelləşdirmə, artırılmış reallıq (AR), virtual reallıq (VR) və süni intellekt (AI) – dizaynerlər tərəfindən kreativ təcrübələr üçün necə istifadə olunduğu təhlil edilir. Məqalə həmçinin, texnologiyanın dizayn prosesinə estetik və funksional töhfələrini, eyni zamanda fərdi ifadə və interaktiv moda obyektlərinin yaradılmasında rolunu vurğulayır. Tədqiqat nəticələri göstərir ki, yeni media texnologiyaları yalnız kostyumların vizual cəhətdən zənginləşdirilməsinə deyil, həm də istifadəçi ilə interaktiv əlaqənin qurulmasına imkan verir. İnteraktiv geyim və rəqəmsal təcrübələr vasitəsilə dizaynerlər, istifadəçilərin geyimlə qarşılıqlı təsirini artıraraq moda sənayesində fərqli bir yaradıcılıq anlayışı formalaşdırırlar.

Endirin

Yayımlanıb

10.06.2026

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri

1 2 > >> 

Oxşar məqalələr

1-10 : 27

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.