ORTA TƏBƏQƏNİN FORMALAŞMASI AMİLLƏRİ VƏ ƏHƏMİYYƏTİ

Müəlliflər

Açar sözlər

orta təbəqə, məşğulluq, davamlı inkişaf

Xülasə

Məqalədə orta təbəqənin formalaşması şərtlərinin öyrənilməsinin zəruriliyi əsaslan-dırılır. Orta təbəqənin qiymətləndirilməsinə müxtəlif yanaşmalar, formalaşma amilləri və əhəmiyyəti nəzərdən keçirilir. Bu təbəqənin nümayəndələri məşğulluğun artırılması, yeni biznes sahələrinin yaradılması, infrastrukturun yaxşılaşdırılması, yeni resursların səfərbər edilməsi üçün cəlbedici mühitin yaradılması və uzunmüd-dətli perspektivdə davamlı və mütənasib iqtisadi inkişafın təmin edilməsi kimi mühüm məsələlərin həllində hərəkətverici qüvvədir. Məqalədə orta təbəqənin formalaşmasına təsir edən amillərin məzmunu açıqlanır və təhlil edilir və onların təsir səviyyəsi müəyyənləşdirilir. Məqalə elmi sistemli təhlil, məntiqi ümumiləşdirmə kimi tədqiqat üsulları əsasında yerinə yetirilmişdir. Nəticə: orta təbəqənin formalaş-ması amilləri və əhəmiyyəti təhlil edilmiş, ən müasir yanaşmalar və yenilikçi əsas istiqamətlər göstərilmişdir. Məhdudiyyətlər: bir sıra hallarda məlumatlara çıxış imkanlarının məhdudluğu və daha müfəssəl və etibarlı məlumatların əldə edilməsi zəruriyyəti. Praktiki əhəmiyyət: məqalə Azərbaycan hökumətinin orta təbəqənin formalaşması və davamlı inkişafa təsirləri ilə bağlı siyasətinə töhfə verməklə yanaşı, yerli və xarici elmi tədqiqatçılar üçün də əhəmiyyətli hesab oluna bilər. Məqalənin elmi yeniliyi və orijinallığı: orta təbəqənin formalaşmasına təsir edən amillərə və davamlı inkişafdakı əhəmiyyətinə fərqli bir yanaşma tədqiqatın elmi yeniliyini təşkil edir. Orijinallıq isə tədqiqat zamanı yeni ideya və fikirlərdən istifadə olunmasıdır.

Yayımlanıb

2025-06-17

Oxşar məqalələr

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.