İnqilab Həşimli

İŞƏ QƏBUL PROSESİNDƏ RƏQƏMSAL TRANSFORMASİYA

Müəlliflər

DOI

https://doi.org/10.30546/v5m7me94

Açar sözlər

İnsan resursları, İşə qəbul prosesi, Rəqəmsal transformasiya

Xülasə

Kompüterlə ilk qarşılaşmadan sonra dünya 4-cü Sənaye İnqilabı adlanan yeni bir dövrə
keçdi. İnformasiya texnologiyaları həyatımıza sürətlə daxil oldu və sonrakı inkişaf planlarında
mühüm yer tutdu. Bugünkü rəqəmsal transformasiya prosesində iştirak etməyən təşkilatların sağ
qalması çox çətindir. Rəqəmsal transformasiya inkişaf edən rəqəmsal platformalarda mərkəzləşmə
deməkdir: kağız sənədlər rəqəmsal fayllara çevrilir və rəqəmsal platformada saxlanılır. Texnologiyadan istifadənin artması və COVİD-19 pandemiyası səbəbindən uzaqdan işin qəfil
genişlənməsi, təşkilatın insan resurslarının idarə olunmasında rəqəmsal transformasiyanın
əhəmiyyətini vurğulamaqdadır. Bununla belə, bu rəqəmsal keçid bu strateji transformasiyadan geri
qalan bəzi şirkətlər üçün həmişə asan olmur. Məqalənin məqsədi işə qəbul prosesində rəqəmsal innovasiyların tədqiqi, tətbiqi imkanları
və rəqəmsal texnologiyaların prosesə təsirini araşdırmaqdır. Məqalədə rəqəmsal transformasiyanın
müəssisənin fəaliyyətinə, o cümlədən işə qəbul prosesinə yaratdığı imkanlar öz əksini tapmışdır. Eyni zamanda işə qəbul prosesində namizədlərin və işə qəbul mütəxəssislərinin qarşılaşdığı
problemlər araşdırılmış və həlli yolları təhlil 

Endirmələr

Endirmə datası hələ yoxdur.

Endirin

Yayımlanıb

2026-01-16