Tural Quliyev

XARİCİ MÜHİTDƏ RİSK VƏ QEYRİ-MÜƏYYƏNLİKŞƏRAİTİNDƏ MÜƏSSİSƏNİN İDARƏ EDİLMƏSİ

Müəlliflər

DOI

https://doi.org/10.30546/jc997092

Açar sözlər

Xarici mühit, risk şəraiti, qeyri-müəyyənlik şəraiti

Xülasə

Məqalənin məqsədi xarici mühitdə risk və qeyri-müəyyənlik şəraitində müəssisənin idarə
edilməsinin mühüm meyarlarını müəyyən etmək, bu sahədə araşdırma aparmaqdır. Tədqiqat
zamanı ehtimal nəzəriyyəsi, çoxluqlar nəzəriyyəsi, informasiya nəzəriyyəsi, ekspert
qiymətləndirmələri, sistem təhlili, iqtisadi modelləşdirmə metodlardan istifadə edilmişdir. Tədqiqatdan müəssisə rəhbərləri, kommersiya xidmətləri üzrə mütəxəssislər maliyyə-təsərrüfat
fəaliyyətinin təkmilləşdirilməsi və riskli vəziyyətlərdə idarəetmə qərarlarının qəbulu üçün istifadə
edilə bilər. Müasir dövrdə müəssisələr açıq sistemdə binkişaf edir və daim xarici mühitə
uyğunlaşaraq öz inkişaflarını həyata keçirirlər. Müəssisələrin uyğunlaşma qabiliyyətinin mühüm
müddəaları məqalədə öz əksini tapmışdır. Xarici mühitdə risk və qeyri-müəyyənlik şəraitinin
mühüm xüsusiyyətləri, qeyri-müəyyənlik şəraitində qərarlar qəbul etmək, risklərin idarə edilməsi
kimi məsələlərin müzakirəsi tədqiqatın orjinallığı ilə bağlıdır. Əsərin elmi yeniliyi xarici mühitdə
risk və qeyri-müəyyənlik şəraitində müəssisənin idarə edilməsinin innovativ mexanizminin
təkmilləşdirilməsi üçün metodiki və praktiki tövsiyələrin işlənib hazırlanmasındadan ibarətdir

Endirmələr

Endirmə datası hələ yoxdur.

Endirin

Yayımlanıb

2026-01-16