Tomiris Kərimli

İŞ YERİNDƏ SOSİAL DƏSTƏK VƏ STRESSLƏ MÜBARİZƏBACARIQLARI: İŞÇİLƏRİN PSİXOLOJİ DAYANIQLIĞININARTIRILMASI ÜZRƏ TƏDQİQAT

Müəlliflər

DOI

https://doi.org/10.30546/spy51z85

Açar sözlər

Sosial dəstək, heyət, psixoloji problemlər, iş yükü

Xülasə

Təşkilati sağlam mühitin korlanmasına səbəb ola biləcək məsələlərdən olan psixoloji
problemlərin mənbələrinə stress, tələb və qayğılar, şirkətin maliyyə vəziyyəti,iş yükünün çoxluğu
və ya işçilər arasındakı problemlər nümunə göstərilə bilər. Sözügedən məsələnin müəssisənin
effektivliyinə əsaslı təsirini nəzərə alaraq, bu problemlərin həllinin bilavasitə şirkət rəhbərliyinin
məsuliyyəti olduğunu deyə bilərik. Tədqiqat müəssisələrdəki mövcud və baş verə biləcək
problemlərin işçilərin sağlamlığı və potensial iş performansları üzərindəki təsirlərini nəzəri və
araşdırma sorğusu vasitəsilə işçilərin və rəhbər şəxslərin yanaşması ilə praktiki cəhətdən
incələyərək toplanılan nəticələr əsasında müəssisələrdə sosial dəstəyin, motivasiyanın və Maslovun
Ehtiyaclar üçbucağının zirvə nöqtəsi olan özünü təsdiqləmənin stresslə mübarizədəki rolunu
vurğulayır.Məqalə üzrə hazırlanmış anket sorğusunun müvafiq hipotezlər irəli sürülərək müxtəlif
analiz metodları vasitəsilə əhatəli şəkildə təhlil edilməsinin əsas məqsədlərindən biri də empirik
məlumatlara əsaslanaraq tənqidi yanaşmanın təmin edilməsidir.Hipotezlər arasında Boş Hipotez
olaraq da adlandırılan Sıfır Hipotezinin metodiki analiz edilməsi və mühakimə edilməsi vasitəsilə
mövcud biliklərin artırılması və bir çox fərziyyənin konkretləşdirilməsi təmin olunur.Hipotezlərin
yoxlanmasında istifadə edilmiş analiz metodlarına Frekans,T-analizi,Crosstabs metodları
aiddir.Əsas fokuslanılan nəticələr-ədalətli əməkhaqqı bölgüsü,vəzifə yüksəlişi,bilik və bacarıqların
düzgün qiymətləndirilməsi və digər şəffaf idarəetmə meyarları və bu amillərin xüsusilə gender
faktoru ilə əlaqəsi sistematik şəkildə təhlil edilir və sadalanan səbəblərdən qaynaqlanan
təşkilatdaxili stressin müəssisənin effektivliyinə təsiri ön plana çıxarılır.

Endirmələr

Endirmə datası hələ yoxdur.

Endirin

Yayımlanıb

2026-01-16