AZƏRBAYCANDA AİLƏ BİZNESLƏRİNİN MƏŞĞULLUĞA TƏSİRİNİN TƏDQİQİ
DOI
https://doi.org/10.30546/301678.01.010.2026.606Açar sözlər
Azərbaycan, biznes, məşğulluq, ailə biznesləri, sosial rifahXülasə
Bazar iqtisadiyyatı şəraitində dünya üzrə məşğulluğun 60 faizindən çoxunu təmin edən ailə biznesləri qlobal miqyasda sosial rifahın təmin edilməsində mühüm rol oynayır. Müştərilərlə etimada əsaslanan möhkəm münasibətlərin qurulması nəticəsində formalaşan müsbət nüfuzu, eləcə də yerli resursların səfərbər edilməsi yolu ilə regionların sosial-iqtisadi inkişafına verdiyi əhəmiyyətli töhfə ailə bizneslərinin tədqiqini olduqca aktual edir. Tədqiqatın əsas məqsədi Azərbaycanda ailə bizneslərinin məşğulluğa təsirinin qiymətləndirilməsidir.
Məqalədə tədqiqat metodları kimi ədəbiyyat icmalı, induksiya, deduksiya, təhlil, sintez və anket sorğusu metodlarından istifadə edilmişdir. Tədqiqatın nəticələri göstərir ki, ailə biznesləri əmək qabiliyyətli əhalinin həssas qruplarının və aşağı ixtisaslı şəxslərin məşğulluq imkanlarının təmin edilməsində mühüm rol oynayır.
