Cananbəy Bektaşi

Rəqəmsal reklamın otelçilik sektorundakı rolu

Müəlliflər

  • Cananbəy Bektaşi Müəllif

DOI

https://doi.org/10.30546/pg1tnp07

Açar sözlər

rəqəmsal reklam, otelçilik, sosial media, mobil tətbiqlər, marketinq strategiyası, müştəri cəlbetmə

Xülasə

Son illərdə texnologiyanın sürətli inkişafı və müştəri davranışlarının dəyişməsi nəticəsində otelçilik sektorunda marketinq yanaşmaları köklü şəkildə transformasiyaya uğramışdır. Ənənəvi reklam vasitələrinin yerini getdikcə rəqəmsal reklam formaları tutur. Məqalənin məqsədi rəqəmsal reklamın otellərin müştəri cəlb etmə, brendin tanıdılması və satışların artırılması kimi əsas funksiyalarına təsirini araşdırmaqdır.

Tədqiqatda sorğu metodundan istifadə olunmuş, otel idarəçiləri və marketinq mütəxəssisləri ilə aparılmış anketlər əsasında rəqəmsal reklamın tətbiqi və onun effektivliyi qiymətləndirilmişdir. Nəticələr göstərir ki, sosial media və mobil tətbiqlər otel sektorunda rəqəmsal reklamın önəmli alətləri kimi çıxış edir və müştəri loyallığının formalaşmasında mühüm rol oynayır.

Məqalənin məhdudiyyətləri arasında sorğunun məhdud coğrafi sahədə aparılması və nümunə sayının məhdudluğu qeyd edilə bilər. Lakin iş rəqəmsal reklamın otelçilik sektorunda tətbiqinə dair aktual məlumatlar təqdim etməklə sektorda strateji qərarların qəbulunda faydalı ola bilər. Məqalənin orijinallığı rəqəmsal marketinqin otel sektoruna təsirinin yerli kontekstdə tədqiq olunmasında və sahə üzrə yeni empirik məlumatların əldə edilməsində özünü göstərir.

Endirmələr

Endirmə datası hələ yoxdur.

Endirin

Yayımlanıb

2025-12-29