ELEKTRON TİCARƏTİN ANLAYIŞI, TƏTBİQ MODELLƏRİ VƏ RƏQƏMSAL İQTİSADİYYAT KONTEKSTİNDƏ STRATEJİ ƏHƏMİYYƏTİ 

Müəlliflər

  • Vəliyev Umid Faiq Müəllif

DOI

https://doi.org/10.30546/301678.02.02.2025.046

Açar sözlər

Elektron kommersiya, rəqəmsal ticarət, onlayn alış-veriş

Xülasə

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə elektron kommersiya (e-commerce) qlobal iqtisadiyyatın ən dinamik və strateji əhəmiyyətli sahələrindən birinə çevrilmişdir. Elektron kommersiya internet, mobil tətbiqlər, sosial şəbəkələr, bulud texnologiyaları və digər rəqəmsal platformalar vasitəsilə məhsul və xidmətlərin seçilməsi, sifarişi, ödənişi və çatdırılması kimi ticarət proseslərinin tam inteqrasiya olunmuş şəkildə onlayn icrasını təmin edir. Bu proseslərin rəqəmsallaşdırılması ənənəvi ticarət mexanizmlərini köklü şəkildə dəyişdirməklə yanaşı, həm bizneslər üçün yeni rəqabət üstünlükləri yaradır, həm də istehlakçıların alış-veriş davranışlarında fundamental dönüşə səbəb olur.

OECD-nin tərifinə əsasən, elektron kommersiya yalnız avtomatlaşdırılmış sistemlər – veb formalar, Elektron Məlumat Mübadiləsi (EDI), tətbiq proqramlaşdırma interfeysləri (API) və digər rəqəmsal alətlər vasitəsilə rəsmiləşdirilmiş sifarişləri əhatə edir. Bu isə o deməkdir ki, sadəcə məhsul və ya xidmət haqqında məlumat sorğuları elektron kommersiya əməliyyatı sayılmır. E-commerce modellərinin geniş yayıldığı müasir şəraitdə B2B, B2C, C2C və C2B kimi müxtəlif formatlar formalaşmış, logistika, rəqəmsal ödəniş sistemləri, kuryer xidmətləri və onlayn marketinq alqoritmləri ilə inteqrasiya olunmuş ekosistem yaranmışdır.

Nəticə etibarilə, elektron kommersiya rəqəmsal iqtisadiyyatın əsas istiqamətlərindən biri olmaqla bərabər, qlobal ticarətin strukturunu yenidən formalaşdıran, iqtisadi səmərəliliyi artıran və istehlakçı məmnuniyyətini yüksəldən yenilikçi bir platforma kimi çıxış edir.

Endirmələr

Endirmə datası hələ yoxdur.

Endirin

Yayımlanıb

2026-01-05

Oxşar məqalələr

1-10 : 11

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.