Türkan Bəşirli

RİFAH GƏLƏCƏK NAMİNƏ YAŞIL ENERJİYƏ İNTEQRASİYANINİQTİSADİ VƏ EKOLOJİ TƏSİRLƏRİ

Müəlliflər

DOI

https://doi.org/10.30546/k41mgk17

Açar sözlər

yaşıl enerji, bərpa oluna bilən enerji, iqtisadiyyat

Xülasə

Bərpa oluna bilən enerji illər keçdikcə öz vacibliyini göstərməkdədir. Bərpa olunan
enerjidən istifadənin həm ekoloji, həm iqtisadi, həm də qlobal təsirləri danılmazdır. Son onillik
ərzində bərpa olunan enerji növlərinin inkişafı və genişləndirilməsi tükənən enerji mənbələrinə
qənaətlə yanaşı, öz səmərəliliyini və ekoloji cəhətdən üstünlüyünü sübut etmişdir. Bərpa olunan
enerjinin müxtəlif növlərinin mövcudluğu onun fərqli iqlim ərazilərində istifadəsinin
mümkünlüyünü göstərir. Bərpa oluna bilən enerjinin istifadə olunması, iqlim şəraitinə uyğunlaşması, həmçinin ekoloji cəhətdən üstünlük təşkil etməsi ilə yanaşı resursların səmərəli şəkildə idarə
olunmasında da effektiv təsir göstərməkdədir. Məqalədə bərpa oluna bilən enerji mənbələrinin
səmərəliliyindən, onun mövcud müxtəlif növləri və ekoloji təsirlərindən bəhs edilir.

Endirmələr

Endirmə datası hələ yoxdur.

Endirin

Yayımlanıb

2026-01-16