MÖVSÜMİ GEYİM DİZAYNINDA FUNKSİYA VƏ MODA ARASINDA TARAZLIĞIN TƏHLİLİ
Geyimin funksionallığı ilə estetik xüsusiyyətlərin sintezi: dizayn yanaşmaları və tətbiq nümunələri
DOI
https://doi.org/10.30546/200309.2025.002.501Açar sözlər
funksionallıq, erqonomika, siluet, dekorativ element, davamlı dizayn, rəng və faktura.Xülasə
Məqalə mövsümi geyim dizaynında funksiya və moda anlayışlarının qarşılıqlı münasibəti elmi əsaslarla təhlil edilmişdir.Mövsümi geyim dizaynında funksiya və moda arasında tarazlıq müasir geyim sənayesinin ən mühüm nəzəri-praktiki məsələlərindən biridir. Funksiya geyimin rahatlıq, qoruyuculuq, material keyfiyyəti və istifadəyə uyğunluq xüsusiyyətlərini ifadə edərkən, moda onun estetik, mədəni və sosial dəyərlərini müəyyənləşdirir. Bu iki anlayış arasında harmoniya yaratmaq dizaynerlər üçün əsas vəzifədir.
Araşdırmalar göstərir ki, mövsüm amili geyimin həm texniki, həm də estetik parametrlərinə birbaşa təsir göstərir. Yay mövsümündə yüngül, nəfəsalan və açıq rəngli materiallara üstünlük verildiyi halda, qışda üstünlük qorunması və davamlılıq ön plana çıxır. Bununla yanaşı, moda tendensiyaları geyimdə forma, rəng palitrası, detal və siluetlərin dəyişməsinə səbəb olur.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Articles are published under the Creative Commons Attribution 4.0 International (CC BY 4.0) license. This means that users are free to share, rework, and use the work in any format—even commercially—as long as the author is properly credited.