AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ SƏRVƏTİ VƏ ONUN QİYMƏTLƏNDİRİLMƏSİ NƏTİCƏLƏRİ

Müəlliflər

Açar sözlər

milli sərvət, qiymətləndirmə, milli hesablar sistemi, genişləndirilmiş konsepsiya, insan kapitalı

Xülasə

Məqalədə qarşıya qoyulan əsas məqsəd Azərbaycanın milli sərvətinin dəyərlədiril-məsidir. Bu məqsədlə milli sərvətin qiymətləndirilməsinin mürəkkəb və uzun yola malik olan tarixi ardıcıllıgı qısa şəkildə verilmişdir. Məqalədə həmçinin ölkələrin milli sərvələrinin qiymətləndirilməsinin Dünya Bankinin genişləndirilmiş konsepsi-yasınin mahiyyəti açıqlanmışdır. Dünya Bankı tərəfindən milli sərvətin qiymətlən-dirilməsinin təklif olunan genişləndirilmiş konsepsiyası milli aktiv portfellərinin idarə edilməsi proseslərinə söykənir. Ölkənin milli sərvətinin qiymətləndirilməsi məqsədilə onu təşkil edən struktur tərkib elementləri müəyyən edilmişdir. Birləşmiş Millətlər Təskilatının Milli Hesablar Sistemi – 2008 və Dünya Bankının konsepsiyası əsasında Azərbaycan Respublikasının milli sərvəti qiymətləndirilmiş və sərvətdə təbii resurslarin xüsusi çəkisinin çox yüksək olduğu müəyyən edilmişdir. Məqalədə eyni zamanda müasir dövrdə ölkələrin inkişafının əsas meyarı kimi milli sərvətdə insan kapitalınin payı ilə müəyyən olunduğu vurğulanmışdır. Nəticədə Azərbaycanda ölkənin rəqabətli və davamlı iqtisadi inkişafı məqsədilə milli sərvətdə xüsusi çəkisi xeyli aşağı səviyyədə olan insan kapitalının inkişafının zərurəti qeyd olunmuşdur.

Yayımlanıb

2025-06-17

Oxşar məqalələr

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.