AZƏRBAYCANIN “YAŞIL ENERJİ”YƏ KEÇİD SİYASƏTİNDƏ PERSPEKTİVLƏR VƏ ÇƏTİNLİKLƏR

Müəlliflər

Açar sözlər

yaşıl enerji, Azərbaycan, bərpa olunan enerji, perspektivlər, çətinliklər

Xülasə

Azərbaycan Respublikası son illərdə enerji siyasətində mühüm dəyişikliklər edərək bərpa olunan enerji mənbələrinin inkişafını prioritet istiqamət kimi müəyyənləş-dirmişdir. Qlobal iqlim çağırışları, karbon emissiyalarının azaldılması hədəfi və enerji təhlükəsizliyinin təmin edilməsi fonunda ölkədə “yaşıl enerji”yə keçid prosesi sürətlənməkdədir. Bu keçid çərçivəsində günəş və külək, hidro və bioenerji potensialından istifadə imkanları genişlənməkdədir. Bununla yanaşı, texniki infra-strukturun yetərsizliyi, investisiya riskləri, hüquqi tənzimləmə mexanizmlərinin qeyri-kafiliyi və ictimai maarifləndirmənin zəifliyi kimi çətinliklər bu prosesin qarşısında əngəl olaraq qalır. Məqalənin məqsədi Azərbaycanda yaşıl enerjiyə keçid siyasətinin hazırkı vəziyyətini təhlil etmək, mövcud perspektivləri və qarşıya çıxan çətinlikləri müəyyənləşdirməkdir. Məqalədə Azərbaycanın “yaşıl enerji” potensialı, mövcud dövlət siyasəti, beynəlxalq təcrübədən istifadə imkanları və qarşıda duran əsas problemlər müqayisəli və sistematik təhlil metodları əsasında təhlil olunur. Məqalənin praktiki əhəmiyyəti ondan ibarətdir ki, əldə edilən nəticələr dövlət orqanları, investorlar və enerji siyasəti ilə bağlı qərar qəbul edən digər aktorlar üçün “yaşıl enerji” sahəsində daha məqsədyönlü addımların atılmasına zəmin yaradır. Nəticə olaraq, “yaşıl enerji”yə keçidin uğurlu olması üçün kompleks və davamlı islahatların vacibliyi qeyd olunur.

Yayımlanıb

2025-06-17

Oxşar məqalələr

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.