DƏYƏR ZƏNCİRLƏRİNİN FORMALAŞMASI: MAHİYYƏT VƏ STRUKTUR ASPEKTLƏRİ
DOI
https://doi.org/10.30546/UNECSR.2025.04.3010Açar sözlər
aqrar sahə, aqrar-ərzaq bazarı, dövlət tənzimlənməsi, subsidiya mexanizmləri, regional ixtisaslaşma.Xülasə
Tədqiqatın əsas məqsədi Azərbaycan Respublikasında aqrar-ərzaq bazarının inkişaf perspektivlərini, onun struktur xüsusiyyətlərini və strateji istiqamətlərini öyrənməkdir. Tədqiqatda həm ölkənin daxili bazar potensialı, həm də regional və qlobal bazarlarda rəqabət qabiliyyəti nəzərə alınmışdır. Məqsəd həmçinin aqrar sahənin dayanıqlı inkişafını təmin edən amilləri müəyyən etmək, subsidiya və dövlət dəstəyi mexanizmlərinin səmərəliliyini təhlil etmək, istehsal və ixrac potensialının artırılması üçün optimal strategiyaları göstərməkdir.
Tədqiqat işi statistik təhlil, müqayisəli analiz, sistematik yanaşma və məntiqi ümumiləşdirmə üsulları əsasında həyata keçirilmişdir. Tədqiqat çərçivəsində Azərbaycan aqrar-ərzaq bazarının əsas komponentləri, o cümlədən istehsalçı strukturu, kooperativlərin fəaliyyəti, dövlət tərəfindən tətbiq olunan subsidiya proqramları, bazar infrastrukturunun vəziyyəti və rəqəmsallaşma səviyyəsi ətraflı şəkildə analiz olunmuşdur. Həmçinin istehsalın bölgələr üzrə ixtisaslaşması, logistika sistemlərinin inkişafı, eləcə də innovativ texnologiyaların tətbiqi kimi strateji tədbirlər qiymətləndirilmişdir.
Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan aqrar-ərzaq bazarında istehsal həcmlərinin artırılması, regional ixtisaslaşmanın düzgün təşkili, logistika və bazar infrastrukturunun təkmilləşdirilməsi bazarın dayanıqlı inkişafını təmin edən əsas amillərdir. Bundan əlavə, innovativ texnologiyaların tətbiqi və kooperativlərin fəaliyyətinin genişləndirilməsi məhsuldarlığın artırılmasına və yerli istehsalın qlobal bazarlara inteqrasiyasına əhəmiyyətli töhfə verir.
Tədqiqatın məhdudiyyəti mövcud statistik və praktik məlumatların bəzi hallarda kifayət qədər geniş olmamasıdır, bu da gələcək tədqiqatlarda daha ətraflı sahə araşdırmalarının aparılmasını zəruri edir. Tədqiqatın praktiki əhəmiyyəti isə aqrar sahənin inkişaf strategiyalarının təkmilləşdirilməsi, dövlət siyasətinin səmərəliyinin artırılması və fermerlərin iqtisadi dayanıqlılığının gücləndirilməsi baxımından böyükdür. Bu nəticələr eyni zamanda Azərbaycan aqrar-ərzaq bazarının uzunmüddətli planlaşdırılmasında, innovativ texnologiyaların tətbiqində və beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsində faydalı ola bilər.
