RƏQƏMSALLAŞMA VƏ ELEKTRON HÖKUMƏT İNDEKSİ: MÖVCUD TENDENSİYALARIN ÜMUMİLƏŞDİRİLMƏSİ
DOI
https://doi.org/10.30546/UNECSR.2026.02.01.121Açar sözlər
rəqəmsallaşma, Elektron Hökumətin İnkişafı İndeksi, Android telefonların mobil trafikdə payı, iOS telefonların mobil trafikdə payı, mobil (elektron) pulXülasə
Tədqiqat rəqəmsal xidmətlərin tətbiqi vəziyyətinin vətəndaşların real istifadə vərdişlərinə transformasiyasını və bu prosesdə "rəqəmsal uçurum"la bağlı yaranan çətinlikləri araşdırır. Dövlətin təklif etdiyi rəqəmsal imkanlar ilə vətəndaşların tələbi arasındakı əlaqəni təmin edən konseptual yanaşmalar ümumiləşdirilmiş, mürəkkəb onlayn əməliyyatları dəstəkləyən yetkin rəqəmsal ekosistemlərin yaradılmasının vacibliyi əsaslandırılmışdır. Bu tədqiqat 96 ölkədən toplanmış statistik məlumatlar əsasında Spearman korrelyasiya analizindən istifadə edərək elektron hökumətin yetkinliyi (Elektron Hökumətin İnkişafı İndeksi - EGDI), eləcə də onun 3 əsas komponenti (Online Service Index, Human Capital Index, Telecommunication Infrastructure Index) ilə bir sıra rəqəmsallaşma göstəriciləri arasındakı empirik əlaqəni müəyyən etməyə yönəlmişdir. Tədqiqatın nəticələri göstərir ki, Elektron Hökumətin İnkişafı İndeksi və onun üç komponenti ilə müxtəlif rəqəmsallaşma dəyişənləri arasında statistik əhəmiyyətli müsbət istiqamətli, orta və ya yüksək gücə malik əlaqə var. Xüsusilə Onlayn Xidmət İndeksi (OSI) ilə "Mobil telefon/internetdən istifadə edərək alış-veriş etmək" və İnsan Kapitalı İndeksi (HCI) ilə "Hesabları ödəmək üçün mobil telefon/internetdən istifadə edərək ödəmək" arasında demək olar ki, yüksək müsbət korrelyasiya mövcuddur. Həmçinin, elektron hökumətin uğuru yüksək səviyyəli kompüter veb trafiki və smartfonların əldə edilməsi üçün tələb olunan aşağı nisbi xərclərlə birbaşa əlaqəlidir. Tədqiqatın orijinallığı və elmi yeniliyi ondan ibarətdir ki, təklif tərəfini əks etdirən indekslər ilə tələb tərəfini əks etdirən istifadə dəyişənləri arasındakı empirik əlaqələr müəyyən edilmişdir. Bu, milli rəqəmsal yetkinliyə sadəcə "hazırlıq" səviyyəsindən deyil, həm də real istifadə kontekstindən yanaşmağa imkan verir. 96 ölkənin resurs potensialı və texnoloji trendləri nəzərə alınmaqla, müasir və yetkin rəqəmsal hökumət modelinə konseptual yanaşmalar təmin olunmuş və dövlət siyasəti üçün hədəfəyönlü strategiyalar müəyyənləşdirilmişdir.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Maral Jamalova (Author)

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.
