Lamiyə Əbdüləzimli

QADINLARIN İŞ HƏYATINDA GENDER PROBLEMİ

Müəlliflər

DOI

https://doi.org/10.30546/ac5y4h58

Açar sözlər

Qadınlar, iş həyatında qadınlar, gender bərabərsizliyi

Xülasə

Bu məqalə qadınların iş həyatında qarşılaşdıqları gender bərabərsizliyi problemlərinə diqqət
yetirir. İşdə, təhsildə və cəmiyyətin bir çox sahələrində gender bərabərsizliyinin hələ də mövcud
olduğunu vurğulayır. Cəmiyyətdə kişi və qadınların rolları və gözləntiləri haqqında geniş yayılmış
təsəvvürlər gender bərabərsizliyinin əsasını təşkil edir. Xüsusilə iş həyatında qadınlar tez-tez cinsi ayrı-seçkiliklə üzləşirlər. Peşələrin cinslə əlaqəli
olması, qadınların müəyyən sahələrdə kişilərdən daha az dəyərli görünməsi kimi səbəblərdən
qadınlar karyeralarında müxtəlif maneələrlə üzləşirlər. Bundan əlavə, qadınların iş və ailə həyatını
balanslaşdırmalı olması çox vaxt qadınların karyera inkişafına mənfi təsir göstərən amildir. Ev işləri, uşaq baxımı və digər ailə vəzifələri qadınların karyeralarında irəliləyiş və yüksək vəzifələrə
qalxmalarını çətinləşdirə bilər. Araşdırmalar göstərir ki, işə qəbul və işdən çıxarılma proseslərində gender ayrı-seçkiliyi
hələ də yaygındır. Xüsusilə evlilik, subaylıq və hamiləlik kimi faktorların qadınların iş həyatındakı
təcrübələrinə təsir etdiyi göstərilib. Bu, qadınların iş həyatında bərabər imkanlardan yararlanmasına
mane olan mühüm problemdir. Tədqiqat nəticələri işəgötürənlərin gender əsaslı ayrı-seçkiliyin qarşısını almaq üçün təlim
keçmələrinin vacibliyini vurğulayır. Menecerlərin bu mövzuda məlumatlılığı və səyləri qadınların
əmək bazarındakı mövqeyini yaxşılaşdıracaq siyasətlərin yaradılmasına rəhbərlik edəcəkdir

Endirmələr

Endirmə datası hələ yoxdur.

Endirin

Yayımlanıb

2026-01-16

Oxşar məqalələr

1-10 : 11

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.