AVROPA QİTƏSİNİN KONSEPTUAL TƏMƏLLƏRİ: FİZİKİ COĞRAFİYA, TARİXİ FORMALAŞMA VƏ SİYASİ-MƏDƏNİ ÇƏRÇİVƏLƏR
DOI
https://doi.org/10.30546/301678.01.010.2026.595Açar sözlər
Avropa, Siyasi Coğrafiya, Avrasiya, Mədəni Kimlik, Ural dağları, Geosiyasət, Böyük Sxizma, Dəmir PərdəXülasə
Bu tədqiqatın əsas məqsədi Avropanın geoloji və fiziki baxımdan Avrasiya quru massivinin qərb hissəsini təşkil etməsinə baxmayaraq, tarixən və müasir dövrdə nə üçün ayrıca qitə kimi qəbul edilməsinin səbəblərini araşdırmaqdır. Məqalədə “Avropa” anlayışının formalaşmasında fiziki-coğrafi amillərin (tektonik quruluş, su ehtiyatları və iqlim xüsusiyyətləri) rolu ilə yanaşı, tarixi, siyasi, dini və mədəni faktorların təsiri sistemli şəkildə təhlil edilir.
Tədqiqat antik yunan xəritəşünaslığından Roma İmperiyasının ekspansiya siyasətinə, 1054-cü il kilsə parçalanmasından Maarifçilik dövründə “Şərqi Avropa” konsepsiyasının formalaşmasına, eləcə də müasir Avropa Birliyinin geosiyasi strukturuna qədər uzanan geniş tarixi mərhələləri əhatə edir. Eyni zamanda, Ural dağlarının Avropa ilə Asiya arasında sərhəd kimi qəbul edilməsinin Rusiya imperiyasının modernləşmə siyasəti ilə əlaqəsi xüsusi diqqət mərkəzində saxlanılır (Bassin, 1991). Bununla yanaşı, Ukrayna münaqişəsi və Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər fonunda Avropanın şərq sərhədlərinin yenidən qiymətləndirilməsi, həmçinin “Şərq” və “Qərb” anlayışları arasında mövcud olan qeyri-maddi sərhədlərin transformasiyası təhlil olunur.
