Jurnal haqqında
UNEC Tələbə Tədqiqatları Jurnalı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən nəşr olunan akademik jurnaldır. Universitetin ilk tələbə mərkəzli elmi jurnalı kimi təsis edilərək 2023-cü ilin dekabr ayında fəaliyyətə başlayan jurnalın əsas məqsədi tələbələrinin elmi potensialını üzə çıxarmaq, onların tədqiqat və nəşr fəaliyyətini dəstəkləməklə akademik yaradıcılığı stimullaşdırmaqdır. Jurnal iqtisadiyyat, idarəetmə, texnoloji elmlər və əlaqəli sahələrdə orijinal nəzəri və empirik tədqiqatları qəbul edir.
Jurnal ildə iki dəfə nəşr olunur.
Məqalələr Azərbaycan, Türk, İngilis və Rus dillərində təqdim edilə bilər.
Bütün məqalələr akademik və etik standartlara uyğun olmalı, eləcə də plagiat yoxlamasından keçməlidir.
Yeni nömrə
Bu nömrədə UNEC tələbələrinin dayanıqlı inkişaf, rəqəmsal transformasiya, sahə iqtisadiyyatı və insan resurslarının idarə edilməsi sahələrini əhatə edən aktual elmi tədqiqatları təqdim olunur.
Tam nömrə
Məqalələr
UNEC TƏLƏBƏ TƏDQİQATLARI JURNALI ISSN:3007-8628 (print)
