Əsbət Sofiyeva
ELEKTRON TİCARƏT: KONSEPTUAL ÇƏRÇİVƏ, TƏSNİFAT VƏ İNKİŞAFIN STATİSTİKİ TƏHLİLİ
DOI
https://doi.org/10.30546/301678.2025.002.203Açar sözlər
e-kommersiya, e-ticarət modelləri, rəqəmsal ödəniş sistemləri, onlayn alış-veriş, e-ticarət strategiyaları, biznesin rəqəmsallaşdırılması, innovativ texnologiyalarXülasə
Rəqəmsal texnologiyaların sürətli tərəqqisi və internetin geniş kütlələrə yayılması elektron ticarəti ənənəvi biznes modellərini transformasiya edərək həm istehlakçılar, həm də şirkətlər üçün yeni iqtisadi perspektivlər açmışdır. Bu yazıda e-ticarətin əsas anlayışları, inkişaf mərhələləri, klassik ticarətlə müqayisədə üstünlükləri və müasir dövrdəki əhəmiyyəti tədqiq edilmişdir. Həmçinin, e-ticarətin müxtəlif növləri və modelləri (B2B, B2C, C2C və s.), logistika sistemlərinə və bazar rəqabətinə təsirləri dərindən təhlil olunmuşdur. Qlobal səviyyədə e-kommersiya transsərhəd ticarəti stimullaşdıraraq beynəlxalq bazarlara girişi asanlaşdırmış, istehlakçı auditoriyasını genişləndirmiş və qiymət rəqabətini daha intensivləşdirmişdir. Elektron ticarət platformalarının populyarlığının artması ilə onlayn alış-veriş dünya üzrə tranzaksiya həcmlərini əhəmiyyətli dərəcədə artırmışdır. Amazon, AliBaba, eBay kimi nəhənglər qlobal e-ticarət bazarında lider mövqeləri tuturlar. Bununla yanaşı, rəqəmsal ödəniş mexanizmləri, məlumatların təhlükəsizliyi və kibertəhlükəsizlik kimi e-ticarətin mühüm aspektləri də araşdırılmışdır. Bundan əlavə, məqalə kiçik və orta müəssisələrin e-kommersiya sayəsində necə geniş bazarlara çıxış əldə etdiyini və bu sektorun iqtisadiyyatda oynadığı rolun necə təkamül etdiyini vurğulayır.
