Nigar Qurbanova

Kadr loyallığının təşkilatın strateji inkaşafına təsiri

Müəlliflər

  • Nigar Qurbanova Müəllif

DOI

https://doi.org/10.30546/9jzz6075

Açar sözlər

kadr loyallığı, strateji inkişaf, personalın idarə edilməsi, motivasiya, korporativ mədəniyyət.

Xülasə

Dinamik dəyişən ətraf mühit və yüksək rəqabət şəraitlərində şirkətlərə çeviklikdən əlavə, stabillik və dayanıqlılıq da tələb olunur. Təşkilatın sabit strateji inkişafını müəyyən edən mühüm amillərdən biri də kadr loyallığıdır.  Məqalədə “loyallıq” anlayışının həm nəzəri əsasları, növləri və formalaşma faktorları, həm də nəqliyyat sahəsində fəaliyyət göstərən agentliyin əməkdaşları arasında sorğu-anket vasitəsilə aparılan empirik tədqiqatın nəticələri təhlil olunur. Bu sorğu nəticəsində personalın loyallığı ilə onların təşkilatda gedən strateji proseslərə cəlb olunması və iştirakı birbaşa əlaqənin olduğu aşkara çıxır. Müxtəlif təşkilatlarda kadrların loyallığının qiymətləndirilməsi və artırılması sistemlərinin  təhlili aparılaraq təşkilatlarda loyallığın inkişafı proqramlarının xüsusiyyətləri araşdırılır ki, bura işçi sədaqətinin müəyyən edilməsinə nəzəri və metodoloji yanaşma, eləcə də müəssisədə təşkilati bağlılıq metodlarının icmalı və inkişaf tendensiyaları daxildir.

Tədqiqat işində  proses yanaşması, elmi ümumiləşdirmə, təhlil,  o cümlədən sorğu üsullarından istifadə olunmuşdur. Məqalənin  informasiya bazası qismində işçi loyallığının idarəetmə və sosial-psixoloji nəzəriyyələri, korporativ davranış üzrə elmi konsepsiyalar təşkil etmişdir. Bundan başqa internetdə mövcud olan müxtəlif səpkili məqalələr, yazılar, təhlillər də nəzərdən keçirilib. Araşdırma dövlət qurumunda aparılmış sorğu və məlumat bazalarının təhlili nəticəsində bəzi uyğunsuzluqları aşkarlayaraq təkmilləşdirilməsi üçün çıxış yollarının təklifi yazının elmi yeniliyi hesab olunur. Tədqiqat nəticəsində bəzi problemlərin meydana çıxması işin elmi-praktiki əhəmiyyətini formalaşdırır. Bununla bərabər kadr loyallığının artırılması və kadr axınının qarşısının alınması üzrə istifadə edilə biləcək alətlər təklif olunmuşdur.

Endirmələr

Endirmə datası hələ yoxdur.

Endirin

Yayımlanıb

2025-12-29

Oxşar məqalələr

1-10 : 19

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.